Şabranda avtomobil körpüdən aşıb. Report-un məlumatına görə, hadisə Bakı-Quba-Dağıstan sərhəd yolunun 128-ci kilometrində qeydə alınıb.
"Mitsubishi Pajero" markalı avtomobil idarəetmədən çıxaraq körpüdən aşıb. Nəticədə 1969-cu il təvəllüdlü Əhməd Əhmədov və həyat yoldaşı, 1978-ci il təvəllüdlü Ruhəngiz Əhmədova müxtəlif xəsarətlər alıblar.
Yaralılar Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onların vəziyyəti ağır olduğundan Ə. Əhmədov Qusardakı tibb müəssisəsinə,
Ə. Əhmədova isə Bakıdakı xəstəxanalardan birinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.