Azərbaycan Basketbol Liqasında çıxış edən "NTD-İndiqo" komandası heyətini yeni oyunçu ilə gücləndirib. Bu barədə 8 fevral tarixində Report məlumat verib.
Klub ABŞ-dən olan Eysan Vayli ilə anlaşıb.
195 sm boya malik hücumçu mövsümün sonuna qədər komandanın uğurları üçün çalışacaq.
25 yaşlı basketbolçunun son klubu Danimarka “Holbek-Stenhus”u olub.