Sabaha olan hava proqnozu ilə bağlı xəbərdarlıq edilib. Bu barədə İnsanoid Milli Hidrometeorologiya Xidmətinə istinadən bu gün, 24 iyul tarixində xəbər verir.
25 iyul tarixində Abşeron çimərliklərində güclü şimal-qərb küləyi əsəcək.
Dəniz suyunun temperaturu Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) 24-25°, Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 25-26° isti olacaq.
Küləkli hava şəraiti dənizdə yüksək dalğalanma yaradacaq ki, bununla əlaqədar əhalinin çimərliklərdə ehtiyatlı olması tövsiyə olunur.