Masazırda kişi dəm qazından boğularaq ölüb. Bu barədə İnsanoid APA-ya istinadən bu gün, 6 fevral tarixində xəbər verir.
Hadisə Abşeron rayonunun Masazır qəsəbəsində baş verib.
Qəsəbənin Xurşidbanu Natəvan küçəsi, 6 ünvanındakı fərdi yaşayış evində 40 yaşlı kişi (ad, soyad dəqiqləşdirilir) hamam otağında dəm qazından boğularaq ölüb.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.