Abşeron rayon sakini ayağından aldığı xəsarət nəticəsində ölüb. Bu barədə İnsanoid rayon prokurorluğuna istinadən bu gün, 12 iyul tarixində xəbər verir.
İyulun 11-i saat 21:00 radələrində 46 yaşlı Şahlar Qasımov kəsilmiş-deşilmiş xəsarətdən ölüb.
Araşdırma zamanı 43 yaşlı Cavanşir Əliyevin Abşeron rayonunun Novxanı kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı qonşusu Şahlar Qasımova bıçaqla sol ayağından xəsarət yetirməsi nəticəsində ikincinin ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Cavanşir Əliyev iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.