Abşeronda maşının vurduğu 10 yaşlı velosipedçi həyatını itirib. Bu barədə 27 iyul tarixində APA məlumat verib.
Hadisə iyulun 22-də rayonun Mehidabad qəsəbəsində baş verib. İlqar İmanovun idarə etdiyi "Toyota Prius" 10 yaşlı velosipedçi Kənan Novruzovu vurub.
Yaralı xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, o, ötən gün xəstəxanada ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.