Abşeronda avtomobillər toqquşub. Bu barədə APA 10 iyul tarixində xəbər verib.
Saray qəsəbəsində 22 yaşlı Nicat Süleymanlının idarə etdiyi “Mercedes-Benz” markalı avtomobillə Vüqar Quliyevin idarə etdiyi “Ravon Nexia” markalı avtomobil toqquşub.
Nəticədə Nicat Süleymanlı hadisə yerində ölüb. Vüqar Quliyev və sərnişini xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı cinayət işi başlanıb.