Ötən gün Abşeron rayonunun Hökməli kəndində 11 yaşlı məktəbli itkin düşüb. Bu barədə İnsanoid sosial şəbəkələrə istinadən bu gün, 30 may tarixində xəbər verir.
Məlumata əsasən, 11 yaşlı qız Hökməli kəndindən avtovağzala gəlmək üçün 156 saylı avtobusa minib.
"Avtovağzaldan isə 91 saylı avtobusla 299 nömrəli məktəbə getməli imiş. Təxminən saat 16 radələrində məktəblinin valideynlərinə onun məktəbə gəlmədiyi ilə bağlı məlumat verilib. Bundan sonra isə axtarış elan olunub", - deyə məlumatda bildirilir.
[caption id="attachment_181115" align="alignnone" width="696"]
Foto açıq mənbədən[/caption]