Abşeronda 4 nəfərə kəsici alətlə xəsarətlər yetirilib. Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən bu gün, 3 iyul tarixində xəbər verir.
Bu gün saat 10:00 radələrində Abşeron rayonunun Digah kəndində 4 nəfərə kəsici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.
68 yaşlı H.Həşimov, onun həyat yoldaşı, övladı və digər bir kənd sakini aldıqları xəsarətlərdən xəstəxanaya yerləşdiriliblər.
Cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunan 49 yaşlı Həşimov Sərxan Mirzəağa oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.
Xəsarət alan şəxslərdən 3 nəfəri S.Həşimovun əmisi və onun ailə üzvləridir.
Araşdırma aparılır.