Abşeronda kişi almaq istədiyi evə baxış zamanı özünü 4-cü mərtəbədən atıb.Bu barədə APA 6 iyun tarixində xəbər verib.
63 yaşlı Rəhman Quliyev Mehdiabad qəsəbəsində yerləşən 1 saylı binanın dördüncü mərtəbəsində yerləşən mənzildən özünü ataraq öldürüb.
Rəhman Quliyev həmin mənzili almaq istəyib. Bu səbəbdən o, ev sahibi Mirabbas Sadıqovla görüşərək mənzilə gəlib. Ev sahibi ilə bir qədər söhbət etdikdən sonra pəncərədən özünü ataraq intihar edib.
Faktla bağlı araşdırma aparılır.