Abşeronda avtomobil ana və oğlunu vuraraq öldürüb. Bu barədə 31 oktyabr tarixində Report məlumat verib.
Hadisə oktyabrın 29-da saat 19 radələrində Abşeron rayonu ərazisində qeydə alınıb.
Belə ki, Sumqayıt şəhər sakini T.Məhərrəmli idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən İsmayıllı rayon sakini Aytəkin Fazilli və onun oğlu Xəyalı vurub. Nəticədə hər 2 piyada hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.