Abşeron rayonunda 7 evdən oğurluq edən şəxslər saxlanılıblar. Bu barədə noyabrın 4-də DİN-dən məlumat verilib.
Abşeron rayonunun Atyalı qəsəbəsində yerləşən evlərin birindən oğurluq edilib. Mənzilin sahibi polisə müraciət edərək naməlum şəxsin evə daxil olaraq oradan dəyəri 5 min manat olan bir ədəd ov tüfəngi, həmçinin digər məişət əşyaları oğurladığını bildirib.
Eyni məzmunlu şikayətlərlə ətraf ərazidə olan daha bir neçə evdən şikayətlər daxil olub. Hadisə yerlərinə baxış keçirilən zaman müəyyən edilib ki, oğurluqlar eyni şəxslər tərəfindən törədilib.
Oğurluqlarda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Aqşin Hüseynov və Elman Əkbərzadə saxlanılıblar. Onlar həmin ərazidə yerləşən ümumilikdə 7 evdən televizor, kompüter avadanlıqları və digər əşyalar oğurladıqlarını bildiriblər. Həmin əşyaların bir qismi aşkar edilərək götürülüb.
Araşdırmalar davam etdirilir.