Abşeronun Aşağı Güzdək qəsəbəsində yerləşən Daşagil gölünün yaxınlıqdakı dəri emalı sexi tərəfindən çirkləndirilməsi faktı aşkar olunub.
Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinə istinadən bu gün, 24 noyabr tarixində xəbər verir.
Aşağı Güzdək qəsəbəsində yerləşən dəri emalı sexinin çirkabı Daşagil gölünə axıtması barədə polisə məlumat daxil olub. Abşeron Rayon Polis İdarəsi və ETSN-in 4 saylı Regional İdarəsinin əməkdaşları əraziyə baxış keçiriblər.
Nəticədə həmin ünvanda sanitariya-gigiyena qaydalarının pozulması faktı aşkar edilib.
Faktla bağlı qeyd olunan qayda pozuntusuna yol verən sahibkar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub və həmin şəxs qanunvericiliyə uyğun olaraq, məsuliyyətə cəlb olunub.