Abşeronda meyiti tapılan şəxslə bağlı saxlanılan var. Bu barədə İnsanoid rayon prokurorluğuna istinadən məlumat verir.
Avqustun 25-i gecə saat 02:00 radələrində Xırdalan şəhərində 1981-ci il təvəllüdlü Elsevər Həsənovun yaşadığı evdə ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırma zamanı yaxınları tərəfindən Elsevər Həsənovun bıçaqla özünə xəsarət yetirərək intihar etməsi bildirilib. Lakin hadisənin təfərrüatları ətraflı olaraq rayon prokurorluğunda araşdırılıb.
Araşdırmalarla 34 yaşlı Gülnar Məmmədovanın yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Elsevər Həsənova bıçaqla xəsarət yetirərək ehtiyatsızlıqdan onun ölümünə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda cinayət işi başlanıb.