Abşeronda hərbi sursat aşkarlanıb. Bu barədə 15 avqust tarixində Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Hadisə rayonun Fatmayi kəndi ərazisində qeydə alınıb.
Hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın döyüş tətbiqinə yararlı doqquz ədəd 108 mm-lik DŞK mərmisi olduğu müəyyən olunub.
Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
[gallery link="file" size="full" ids="125660,125661,125662"]