Abşeronda iki piyada avtomobil tərəfindən vurularaq ölüb. Bu barədə 10 iyul tarixində APA məlumat verib.
Belə ki, Xırdalan şəhərində Saleh Çərkəzli idarə etdiyi "İJ 27175" markalı avtomobillə piyada İntiqam Əliyevi vuraraq öldürüb.
Bundan başqa, Digah qəsəbəsində Mərhəməd Xuduyev idarə etdiyi "Chevrolet Cruze" markalı avtomobillə Ramilə Əzizovanı vuraraq öldürüb.
Hər iki faktla bağlı cinayət işi başlanılıb.