Abşeron rayonunda qadın bıçaqlanıb. Bu barədə Report 3 may tarixində xəbər verib.
Hadisə mayın 2-də rayonun Xırdalan şəhərinin B.Səfəroğlu küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində qeydə alınıb.
Belə ki, həmin evdə kirayədə yaşayan 1991-ci il təvəllüdlü R.Kərimovaya əri, 1987-ci il təvəllüdlü Ş.Kərimov tərəfindən bıçaqla sol kürək nahiyəsinə, sol döş qəfəsinə və qarın boşluğuna daxilə nüfuz edən kəsilmiş-deşilmiş yara xəsarətləri yetirilib.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.