Abşeron Rayon Polis İdarəsinin əməkdaşları rayon ərazisində saxlanılan narkokuryerdən 3 kiloqrama yaxın marixuana aşkar edərək götürüblər. Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinə istinadən bu gün, 10 yanvar tarixində xəbər verir.
Tədbir zamanı Ağdam rayon sakini Aslan Hacıyev saxlanılıb. Həmin şəxsin üzərinə və yaşadığı evə baxış zamanı 3 kiloqrama yaxın narkotik vasitə olan marixuana götürülüb. Araşdırma zamanı müəyyən edilib ki, A.Hacıyev paytaxt və Abşeron rayonu ərazisində narkokuryerlik edərək, ondan aşkar edilən marixuananın satışını təşkil edib.
Faktla bağlı araşdırma aparılır.
Narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.