Abşeronda evlərdən oğurluq edən 3 nəfər saxlanılıb. Bu haqda aprelin 14-də DIN məlumat yayıb.
Onlar ümumilikdə 5 evdən 20 000 manatlıq məişət əşyaları oğurlayıblar.
Saxlanılanlar əvvəllər məhkum olunmuş şəxslərdir və hər biri izahatlarında etdikləri oğurluqları etiraf ediblər.
Onlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
5 evdən 20 min manatlıq məişət əşyaları oğurlayan dəstə üzvləri polis əməkdaşları tərəfindən saxlanılıblar.https://t.co/BykcPCesVw
— Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (@polisazerbaycan) April 14, 2022