Abşeron rayonunda qanunsuz tikintinin qarşısı alınıb. Bu barədə 17 yanvar tarixində Apa məlumat verib.
Abşeron rayonunun Məmmədli kəndi ərazisində müvafiq icazəverici sənədlər olmadan və yanğın təhlükəsizliyinə dair normativ sənədlərin tələbləri pozulmaqla tikinti işlərinin aparılması faktı aşkar edilib.
Qanunsuz tikinti işinin qarşısı alınıb və inşası davam edən obyekt sökülüb.