Abşeron rayonu ərazisində törədilmiş qətllə bağlı cinayət işi açılıb. Bu barədə İnsanoid Abşeron rayon prokurorluğuna istinadən bu gün, 13 dekabr tarixində xəbər verir.
Abşeron rayonu ərazisində dekabrın 12-si saat 20:00 radələrində 29 yaşlı Arzu Rəhimova öldürülüb.
Araşdırmalarla 62 yaşlı Eynulla Quliyevin rayonun Fatmayı kəndi ərazisində kəsici-deşici alətlə Arzu Rəhimovaya xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Eynulla Quliyev iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.