Müşfiqabadda bıçaqla sürücünü hədələyərək telefon və pulqabısını götürən şəxs saxlanılıb.
Bu barədə İnsanoid DİN-in Mətbuat Xidmətinə istinadən bu gün, 14 noyabr tarixində xəbər verir.
Verilən məlumata görə, noyabrın 12-də saat 23:00 radələrində Abşeron rayonunun Müşfiqabad qəsəbəsi ərazisində “Opel” markalı avtomobildə sərnişinin sürücünü kəsici alətlə hədələyərək içərisində mobil telefonu olan pulqabısını talaması barədə polisə məlumat daxil olub.
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən 44 yaşlı Bakı şəhər sakini Kənan Məmmədov müəyyən olunaraq saxlanılıb.
Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.