Abşeron rayonunda sursat aşkar edilib. Bu barədə İnsanoid FHN-ə istinadən bu gün, 18 dekabr tarixində məlumat verir.
Mehdiabad qəsəbəsində döyüş tətbiqinə yararlı 2 ədəd RQO əl qumbarası, 2 ədəd UDZ partladıcısı, 12 ədəd müxtəlif çaplı mərmi və 1 ədəd RDQ tüstü qumbarası tapılıb.
Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.