Abşeron rayonunda yaşayış binasında yanğın olub. Bu barədə İnsanoid Fövqəladə Hallar Nazirliyinə istinadən bu gün, 13 may tarixində məlumat verir.
Rayonun Mehdiabad qəsəbəsində yerləşən yeddimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 50 kv.m olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və içərisində olan əşyalar 15 kv.m sahədə, eyvanın plastikdən ibarət qapısı, pəncərəsi və eyvanda olan şkaf 1 kv.m sahədə yanıb.
Yanğın zamanı 2 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.