Abşeronda kişi yıxılandan sonra ölüb. Bu barədə İnsanoid APA-ya istinadən bu gün, 12 fevral tarixində xəbər verir.
Pirəkəşkül kəndində 45 yaşlı Eldəniz Alıyev spirtli içki qəbul etdikdən sonra evinin həyətində yıxılaraq başı betona dəyib.
Təcili yardım gələrək ona ilkin tibbi yardım göstərilib. Eldəniz Alıyev özünü yaxşı hiss etdiyini bildirməklə xəstəxanaya getməkdən imtina edib.
Lakin bir neçə saat sonra Eldəniz Alıyev ölüb.
Araşdırma aparılır.