Dünən, aprelin 13-də gecə saatlarında Abşeronda yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə APA məlumat yayıb.
Qəza Xırdalan qəbiristanlığının yaxınlığında qeydə alınıb. Belə ki, “Shacman” markalı yük avtomobilinin sürücüsü nəqliyyat vasitəsi nasaz olduğu üçün yol kənarında dayanıb. Bu zaman “Hyundai” markalı avtomobili idarə edən şəxs sükana nəzarəti itirib və yük avtomobilinə çırpılıb.
Qəza nəticəsində minik avtomobilinin sürücüsü və sərnişini ağır bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Qeyd olunub ki, hadisə zamanı Bakı-Sumqayıt şosesində tıxac yaranıb. Faktla bağlı araşdırma aparılır.