ADA Universitetinin 2002-ci il təvəllüdlü tələbəsi Sərxan Həsənov və onun 2001-ci il təvəllüdlü qardaşı Əli Həsənov ötən gecə yaşadıqları mənzildə dəm qazından zəhərlənərək vəfat ediblər. Bu barədə 26 yanvar tarixində Oxu.az məlumat verib.
Sərxan Həsənov ADA Universitetinin Hüquq fakültəsinin IV kurs tələbəsi, Prezident təqaüdçüsü olub. O, 2019-cu ildə qəbul imtahanlarında 692,5 bal toplayaraq III qrup üzrə ölkə birincisi olub. O, Sumqayıt şəhərindəki Həzi Aslanov adına 22 nömrəli tam orta məktəbi qızıl medalla bitirib.
2001-ci il təvəllüdlü Əli Həsənov təxminən 3 ay öncə evlənibmiş.
Hadisə ilə bağlı araşdırma aparılır.