Samux rayonunun Samux-Çobanabdallı yolunun kənarında fəaliyyət göstərən şadlıq sarayında saxta yollarla hazırlanmış “Organic Line” nişanlı alkoqollu içkilər aşkarlanıb. Bu barədə 5 aprel tarixində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat verib.
Məlumata əsasən, qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, məhsullar müsadirə edilərək saxlanca qoyulub.
Faktla bağlı araşdırmalar davam etdirilir.