"Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə müəssisəsi - “ADY Express” MMC Qazaxıstandan Qərb istiqamətdə mazut daşımalarına başlayır. Bu barədə 16 mart tarixində cəmiyyət məlumat verib.
Məlumata əsasən, mart ayı ərzində Gürcüstanın Batumi limanına qədər Qazaxıstandan mazutun nəql edilməsi planlaşdırılır. Bildirilib ki, mazut Qazaxıstanın, Tekesu stansiyasında çən vaqonlara yüklənərək, daha sonra Ələt limanına çatdırılacaq, buradan isə dəmir yolu ilə Batumi limanına nəql ediləcək. Yüklərin bir qisminin Qazaxıstan-Rusiya-Azərbaycan-Gürcüstan marşrutundan istifadə edilərək nəql olunacağı nəzərdə tutulur.
Qeyd olunub ki, bu, Rusiyanın Avropa ilə sərhədlərinin qapalı olduğundan və dəniz limanlarının fəaliyyətinin məhdudlaşdırılması ilə bağlıdır.