"Azərbaycan Dəmir Yolları" QSC (ADY) həftəsonu 19 mindən çox sərnişin daşıyıb. Bu barədə 16 yanvar tarixində ADY məlumat verib.
- Abşeron dairəvi dəmir yolu xətti üzrə 16 778 sərnişin,
- Bakı-Ağstafa-Bakı üzrə 1 679 sərnişin,
- Bakı-Qəbələ-Bakı marşrutu üzrə isə 564 sərnişin səfər edib.
13-14 yanvar tarixlərində ADY-nin 24/7 fəaliyyət göstərən Əlaqə Mərkəzi tərəfindən 1 706 müraciət cavablandırılıb.