8 Noyabr – Zəfər Günü münasibətilə Zəngilanın Ağalı kəndində konsert proqramı təşkil edilib. Bu barədə 8 noyabr tarixində APA məlumat verib.
Ağalı kəndinin sakinləri ilk dəfə kəndlərində bayram tədbirinə qoşulublar.
Təşkil olunan tədbirdə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev, kənd sakinləri, incəsənət xadimləri, qalib Azərbaycan Ordusunun hərbçiləri iştirak ediblər.