Zəngilan rayonunun Ağalı kəndində “Northwest” MMC tərəfindən ağacların tikinti işləri aparılarkən qanunsuz kəsildiyi məlum olub.
Bu barədə 24 iyul tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.
Faktla bağlı “Northwest” MMC-nin səlahiyyətli nümayəndəsi Firdovsi Abbasov barəsində akt, protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb.