Ağalı kəndində özünüməşğulluq proqramı çərçivəsində növbəti təsərrüfatlar yaradılıb. Bu barədə noyabrın 2-də APA məlumat yayıb.
Dövlət Məşğulluq Agentliyi tərəfindən Zəngilan rayonunun Ağalı kəndinin 6 sakini istehsal, xidmət sahəsi üzrə özünüməşğulluq proqramına cəlb edilərək lazımi avadanlıqlarla təmin edilib.
Kənd sakinləri Sahil Mahmudov və Natiq Mahmudova qəssab, Anar Məmmədova kişi bərbərxanası, Elnur Zeynalova kiçik dəmirçi sexi, Elman Zeynalova avtoçilingər, Tünzalə Orucovaya isə qadın gözəllik salonu zərfi üzrə mal və materiallar verilib.
Bununla da kənddə artıq 10-dək sakin üçün özünüməşğulluq proqramı çərçivəsində təsərrüfatlar yaradılıb.