Ağcabədidə yol qəzası baş verib. Bu barədə APA 23 yanvar tarixində xəbər verib.
Hadisə rayonun Poladlı kəndində qeydə alınıb.
Hərəkətdə olan "VAZ 2106" markalı minik avtomobili ilə "QAZel" markalı yük maşını toqquşub.
Qəza zamanı hər iki avtomobildə olan sərnişinlər, 45 yaşlı Yasəmən Quliyeva, 26 yaşlı Rəqsanə Ələsgərova, 42 yaşlı Kənan Nayibov və Rəvan Nəcəfov müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar təcili tibbi yardım avtomobili ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.