Ağcabədidə avtomobilin vurduğu şəxs xəstəxanada ölüb. Bu barədə 22 may tarixində Report məlumat verib.
Hadisə mayın 20-də Mingəçevir-Bəhrəmtəpə yolunun rayonun Qaravəlli kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Abdullayev Zamin Mamed oğlu idarə etdiyi “Mercedes-Benz C200” markalı avtomobillə hərəkətdə olarkən yolu atla keçən Yelmar Bayramovu vurub. Nəticədə Y.Bayramov xəsarət alaraq, Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. O, mayın 21-də həmin xəstəxanada vəfat edib.
Faktla bağlı araşdırma aparılır.