Ağcabədidə ölümlə nəticələnən yol qəzası olub. Bu barədə 25 aprel tarixində APA məlumat verib.
Hadisə Ağcabədi-Ağdam avtomobil yolunun Ağcabədi rayonunun Hindarx qəsəbəsindən keçən ərazisində qeydə alınıb.
Belə ki, 1993-cü il təvəllüdlü Fərəcov Natiq Fəqani oğlunun idarə etdiyi “Mercedes-Benz” markalı avtomobillə 1999-cu il təvəllüdlü Fətəliyev Süleyman Yelmar oğlunun idarə etdiyi “MG” markalı avtomobil toqquşub.
Nəticədə “MG” markalı avtomobildə olan sərnişin - Həsənova Qəyanə Hüseyin qızı aldığı xəsarətlərdən hadisə yerində ölüb, həmin avtomobildə olan digər sərnişin - Məmmədova Kəmalə Hüseyin qızı və “Mercedes-Benz” markalı avtomobilin sürücüsü Fərəcov Natiq Fəqani oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.
Fakta görə, Ağcabədi rayon polis şöbəsinin istintaq bölməsində CM-in 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.