Ağcabədidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə 12 avqust tarixində APA məlumat verib.
Hadisə rayonun Sarvanlar kəndi ərazisində qeydə alınıb. Mirzəyev Racim Çingiz oğlu idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olan zaman idarəetmənin itməsi nəticəsində yoldan çıxaraq dərəyə aşıb. Nəticədə sürücü hadisə yerində dünyasını dəyişib.
Racim Mirzəyevin 44 günlük Vətən müharibəsinin iştirakçısı olduğu bildirilir. O, "Füzulinin azad olunmasına görə" ,"Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Cəsur döyüşçü", "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunub.
Faktla bağlı araşdırma aparılır.