Ağcabədidə ağır yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə APA 13 may tarixində xəbər verib.
Rayonun Qaradolaq kəndi ərazisində baş verən yol qəzası nəticəsində 2 nəfər: Ağdam rayon sakini, 1957-ci il təvəllüdlü Həsənov Oqtay və onun həyat yoldaşı 1956-cı il təvəllüdlü Həsənova Səhər Alı qızı hadisə yerində həyatını itirib.
Hadisə yerinə təcili tibbi yardım bölməsi və hüquq mühafizə əməkdaşları çağırılıb.
Faktla bağlı araşdırma aparılır.
[caption id="attachment_115847" align="alignnone" width="696"]
Foto APA.az saytı[/caption]