Ağdamda yanğın olub. Bu barədə İnsanoid Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətinə istinadən bu gün, 10 may tarixində məlumat verir.
Rayonun Ayaq Qərvənd kəndində ümumi sahəsi 930 kv.m olan birmərtəbəli kənd tam orta məktəb binasının sahəsi 32 kv.m olan sinif otağının yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb ediliblər. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Məktəb binasının qalan hissəsi yanğından mühafizə olunub.