Ağdam Sənaye Parkında 4 sahibkarlıq subyektinə rezident statusu verilib və rezidentlərin sayı 11-ə çatıb. Bu barədə 2 noyabr tarixində iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında paylaşım edib.
"Ümumi investisiya həcmi 27 milyon manata yaxın olan 4 müəssisədə ("Rail Trans Service" MMC, "Mister Decor" MMC, "Almet Holding" QSC və "Eel Electric" MMC) 250-dən çox daimi iş yeri yaradılacaq", - nazir qeyd edib.
Qeyd edək ki, Ağdam Sənaye Parkı Prezident İlham Əliyevin 28 may 2021-ci il tarixli Fərmanı ilə 190 hektar ərazidə yaradılıb.
in 4 enterprises (Rail Trans Service LLC, Mister Decor LLC, Almet Holding CJSC and Eel Electric LLC) with the total #investment volume of nearly 27 mln. ₼.
2/2#EconomyAz pic.twitter.com/8E6QAWfGGZ
— Mikayil Jabbarov (@MikayilJabbarov) November 2, 2022