Daxili İşlər Nazirliyi tərəfindən Ağdam-Xankəndi avtomobil yolunda qurulan yeni polis postu elektrik enerjisi ilə təmin olunub.
Bu barədə 4 avqust tarixində "Azərişıq" ASC məlumat yayıb.
Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərdə xüsusi dövlət əhəmiyyətli obyektlər, hərbi hissələr və sərhəd zastavaları fasiləsiz elektrik enerjisi ilə təchiz edilib.