Ağdam rayonunun Baharlı-1 qəsəbəsi, ev 16 ünvanında yaşayan 2008-ci il təvəllüdlü Həsrətli Elvira Ehtiram qızı itkin düşüb. Bu barədə 12 iyun tarixində Report məlumat verib.
O, iyunun 10-da saat 16 radələrində yaşadığı evdən çıxıb gedərək, bir daha geri qayıtmayıb.
Faktla bağlı araşdırma aparılır.