Ağdam rayonunda 36 yaşlı kişi itkin düşüb. Bu barədə 12 may tarixində Report məlumat verib.
Hadisə mayın 9-da rayonun Quzanlı qəsəbəsində qeydə alınıb.
Belə ki, 1987-ci il təvəllüdlü Səbuhi Abdunov yaşadığı evdən çıxıb gedərək bir daha geri qayıtmayıb.
Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırma aparılır.