Ağdamda iki piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. Bu barədə 28 oktyabr tarixində APA məlumat verib.
Hadisə Quzanlı qəsəbəsinin Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, Natiq Bayramovun idarə etdiyi "Mersedes ML" markalı minik avtomobili yolu keçən iki qadını vurub. Hər iki yaralı xəstəxanaya çatdırılsa da, onlardan biri - 1953-cü il təvəllüdlü Hətəmova Məlahət Aslan qızı həyatını itirib. Ağır bədən xəsarətləri alan 1975-ci il təvəllüdlü Hacıyeva Gülşən Siyasət qızının müalicəsi davam edir. Onların ana və övlad olduğu bildirilir.