İşğaldan azad edilmiş Ağdam rayonunun Sırxavənd kəndi ərazisində mina hadisəsi baş verib. Bu barədə İnsanoid Daxili İşlər Nazirliyi (DİN) və Minatəmizləmə Agentliyinə (ANAMA) istinadən bu gün, 28 may tarixində xəbər verir.
ANAMA-nın 27 yaşlı əməkdaşı Hasil Yusubov xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində onun sol ayağı topuq nahiyəsindən amputasiya olunub.
"Xəsarət alan əməkdaş rayon xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir", - məlumatda qeyd edilib.