Ağdam rayonunun Yusifcanlı kəndi ərazisində yerli sakinlər mina partlayışı nəticəsində həyatlarını itiriblər. Bu barədə 16 mart tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Bildirilib ki, 1999-cu il təvəllüdlü Həsənov İsrail İbrahim oğlu və 1987-ci il təvəllüdlü Həsənov Amid Hüseyn oğlu heyvan otararkən minaya düşüblər.
Fakt üzrə rayon prokurorluğu tərəfindən araşdırma aparılır.