Ağdamda minaya düşərək xəsarət alan Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Vaqif Əkbərovun son durumu açıqlanıb. Bu barədə Report 6 dekabr tarixində xəbər verib.
Onun vəziyyəti qənaətbəxşdir.
Hadisə ötən gün Ağdam rayonunun işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində qeydə alınıb. Agentliyin 1992-ci il təvəllüdlü əməkdaşı Əkbərov Vaqif Sabir oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə minaya düşüb, nəticədə onun sağ ayağının pəncə hissəsi amputasiya edilib.