Ağdamda 3,5 maqnitudalı zəlzələ olub. Bu barədə noyabrın 4-də Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Zəlzələ yerli vaxtla saat 05:41-də Bərdə stansiyasından 9 kilometr cənub-qərbdə, Ağdam rayonunda qeydə alınıb.
Zəlzələ hiss olunmayıb.