Ağdaşda son 20 gün ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 9 nəfər saxlanılıb. Bu barədə noyabrın 17-də DİN-dən İnsanoid-ə məlumat verilib.
Belə ki, keçirilən əməliyyat zamanı üzərində külli miqdarda ağır təsiredici narkotik vasitə daşımaqda şübhəli bilinən Kəyyam İsayev saxlanılıb. Ondan 650 qrama yaxın heroin aşkar edilib. İfadəsində o, narkotiki Bakıda başqa ölkə vətəndaşından 1000 manata aldığını bildirib.
Digər əməliyyatlar nəticəsində isə daha 8 nəfər rayon sakini tutulub. Onların üzərindən və yaşadıqları ünvanlardan heroin, marixuana və metamfetamin tapılıb.
Araşdırma zamanı onlardan bir neçəsinin əvvəllər də eyni cinayəti törətdikləri üçün məhkum olunduqları məlum olub.
Faktlarla bağlı cinayət işləri başlanılıb.
[gallery link="file" columns="1" size="full" ids="94594"]