Ağdaş rayonunda avtomobil velosipedçini vuraraq öldürüb. Bu barədə Report 22 noyabr tarixində xəbər verib.
Hadisə Qəbələ - Ağdaş magistral yolunun Ağdaş rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
34 yaşlı Ağdaş sakini Nicat Abdullayev idarə etdiyi "VAZ-21065" markalı minik avtomobili ilə yolu keçən velosipedçi, 45 yaşlı Ağdaş sakini Zaur Süleymanovu vurub. Yaralı xəstəxanaya yerləşdirilib, lakin aldığı xəsarətlər səbəbindən noyabrın 21-də ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.